DTX-nin həbs etdiyi hakerə HÖKM OXUNDU

DTX-nin həbs etdiyi hakerə HÖKM OXUNDU

Hazırda oxunan: DTX-nin həbs etdiyi hakerə HÖKM OXUNDU

252840

“ZeroMap” MMC-nin yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etmə ittihamı ilə həbs edilmiş icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Rəşad Cavadzadə gənc müttəhimi göz önündə olan çoxsaylı sübutlarla təqsirli hesab edib.

Hökmə əsasən, Tural Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi şərti ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. Ona Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO