Elmar Qasımov məşhur videosuna görə yığmadan uzaqlaşdırıldı - VİDEO

Elmar Qasımov məşhur videosuna görə yığmadan uzaqlaşdırıldı - VİDEO

Hazırda oxunan: Elmar Qasımov məşhur videosuna görə yığmadan uzaqlaşdırıldı - VİDEO

25284

Azərbaycanlı məşhur idmançı Elmar Qasımov videosuna görə yığmadan uzaqlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti məlumat verirb. 

Məlumata görə, Federasiya cüdoçuya belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edib.

Bildirlib ki, yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. 

Xatırladaq ki, sosial şəbəkələrdə Elmar Qasımovun binanın eyvanından pul atmasını əks etdirən videosu yayılmışdı. Kadrlarda idmançının küçəyə 100 dollar səpdiyi əks olunmuşdu.

Qeyd edək ki, o, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO