Qarabağda Bakı Tikiş Evinin satış mağazaları nə vaxt AÇILACAQ? – RƏSMİ AÇIQLAMA

Qarabağda Bakı Tikiş Evinin satış mağazaları nə vaxt AÇILACAQ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qarabağda Bakı Tikiş Evinin satış mağazaları nə vaxt AÇILACAQ? – RƏSMİ AÇIQLAMA

252834

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdəki məktəblərdə 2200 şagird təhsil alır. Yeni tədris ilinə təxminən 1 aydan çox vaxt qalıb. Əlbəttə ki, Qarabağda təhsil alan şagirdlərimizə də məktəbli formalarının əlçatan olması üçün həmin ərazilərdə də  Bakı Tikiş Evinin mağazalarının açılması labüddür. Demək olar ki, bütün bölgələrimizdə BTE-nin satış mağazaları fəaliyyət göstərir.

Maraqlıdır, bəs işğaldan azad edilən rayonlarımızda təhsil alan şagirdlər məktəbli forması ilə necə təmin olunur? Qarabağda BTE-nin satış mağazalarının açılması nə vaxta planlaşdırılır?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bildirib ki, bu barədə Bakı Tikiş Evinə müraciət edən olmayıb:

“Mağaza açmaq üçün yerli idarəedici orqanların müraciəti lazımdır. Biz istehsalçıyıq, buna hazırıq. Kim istəsə,  ehtiyac olsa, mağaza açıb, məhsul göndərib, satışını təşkil edə bilərik”. 

Etibar Əzimov  onu da əlavə edib ki, Cənub zonasında, Bərdədə, Ağdamda və s. rayonlarda açılan mağazalar özünü doğrultmayıb.

“Nə Qarabağda, nə də digər zonalarda məktəbli formasının qıtlığı yoxdur”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO