"Baku Energy Forum"u öz işinə start verdi

"Baku Energy Forum"u öz işinə start verdi

Hazırda oxunan: "Baku Energy Forum"u öz işinə start verdi

252744

Bu gün Bakı Konqres Mərkəzində "Baku Energy Forum"u öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu il "Baku Energy Week"in tərkib hissəsi olan "Baku Energy Forum" 30 illik yubileyini qeyd edir.

"Baku Energy Forum"da energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə "Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq" mövzusunda plenar sessiya keçiriləcək. Forum çərçivəsində baş tutacaq "Liderlərin çıxışları: Dayanıqlı enerji ekosisteminə aparan yol" adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf olacaq.

Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir.

Təşkilatçıların dəvəti ilə dünyaca tanınmış global biznes eksperti, məruzəçi, isveçli iqtisadçı, futuroloq və beynəlxalq "bestseller" kitabların müəllifi Kyel A. Nordström 30-cu Yubiley Bakı Enerji Forumunda iştirak edəcək.

İyunun 4 -də Bakı Konqres Mərkəzində tanınmış məruzəçinin xüsusi çıxışı olacaq. Müasir dövrün ən parlaq mütəfəkkirlərindən biri olan Nordström Azərbaycanda ilk dəfə olaraq qlobal iqtisadiyyatın gələcəyi, enerji bazarlarının transformasiyası və oyun qaydalarını dəyişəcək innovasiyalarla bağlı fikirlərini bölüşəcək.

Gələcəyi proqnozlaşdırmaq kimi unikal bir bacarığı ilə seçilən Kjell A. Nordström dünyanın ən sevilən və tələb olunan natiqlərindən biridir. Transmilli təşkilatlar üzrə ekspert olan Nordström 1990-cı illərdən bəri şirkətlərin, hətta bütöv cəmiyyətlərin inkişaf və böhran dövrlərindən uğurla çıxmasına yardım etmişdir. Onun peşəkarlığı, detallara iti baxışı və dərin təcrübəsi çıxışlarını təsirli edir və auditoriyasında demək olar ki, heç kəsi laqeyd buraxmır.
 

Nordströmün “Bakı Enerji Forumu”nda çıxış etdiyi sessiya gələcəyin iqtisadiyyatı, yeni yanaşmalar və enerji sahəsində qlobal tendensiyalara həsr olunmuş maraqlı bir diskussiya olacaq. Bu sadəcə bir çıxış deyil, eyni zamanda artıq bu gündən fəaliyyətə ilham verən ideyalarla dolu unikal bir görüşə çevriləcək.


Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutacaq. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan "Zero Waste" layihəsi həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır.

Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq "Zero Food Waste" təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.

Ənənəvi olaraq, “Bakı Enerji Həftəsi” çərçivəsində baş tutacaq tədbirlər zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüş otaqları təşkil olunacaq. Forum çərçivəsində sponsor qismində çıxış edən "INTI" tərəfindən "INTI Texnologiya Günü" adlı seminar keçiriləcək.

Qeyd edək ki, "Baku Energy Forum" sabah öz işinə yekun vuracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO