“Bir çox aparıcı dövlət qurumları və özəl müəssisələr təqaüdlərlə bağlı təşəbbüslər irəli sürdü.
Bizim.Media-nın yürli bürosu xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə “Qarabağ Təqaüd Proqramı” üzrə ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur və bu rəqəmin artacağı gözlənilir:
"Qarabağ Universiteti yalnız bir təhsil müəssisəsi deyil, həm də təşkilatlanma nümunəsidir və özəl sektor bu təşəbbüsün bir parçası olmaq istəyir. Bu tədbirdə iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Fikirlərimizi bölüşdük, eyni zamanda, biznes qurumları da öz baxışlarını və imkanlarını ifadə etdilər. Təbii ki, bu fikir və imkanlar gələcəkdə müxtəlif formalarda reallaşa bilər", - deyə nazir qeyd edib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:28 / 02.06.2025
Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
Hazırda oxunan: Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
252618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.