Xəbər verdiyimiz kimi Xaçmazda iki il əvvəl baş verən qətlin üstü açılıb. Söhbət 2023-cü il iyul ayının 18-də itkin düşdüyü bildirilən 59 yaşlı Gülxar Cahangirovanın taksi sürücüsü tərəfindən öldürülməsindən gedir.
Bizim.Media-nın yerli bürosu 59 yaşlı qadını qətlə yetirən taksi sürücüsünün kimliyini öyrənib.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda 2 il öncə itkin düşən qadın öldürülübmüş - Taksi sürücüsü...
Məlum olub ki, qətli Xaçmaz şəhər sakini Xəqani Vaqif oğlu Rəhmətov törədib.
Cinayətin motivi, yəni görmə məhdudiyyətli qadının hansı səbəbdən öldürüldüyü açıqlanmır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının birgə məlumat yayacağı gözlənilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu