Bazarda bəzi məhsulların qiyməti azaldı - Ucuzlaşma davamlı olacaq? - VİDEO

Bazarda bəzi məhsulların qiyməti azaldı - Ucuzlaşma davamlı olacaq? - VİDEO

Hazırda oxunan: Bazarda bəzi məhsulların qiyməti azaldı - Ucuzlaşma davamlı olacaq? - VİDEO

252349

Bazarlarda bir çox kənd təsərrüfatı məhsulunun qiyməti ötən ayla müqayisədə azalıb. Amma təcrübə onu göstərir ki, ucuzlaşma davamlı olmur.

Bizim.Media xəbər verir ki, hətta havaların getdikcə istiləşməsinə baxmayaraq, qiymətlər yenidən qalxa bilir.

İqtisadçı Rəşad Həsənov qiymətlərə təsir göstərən əsas amillər kimi iqlim dəyişikliklərini, quraqlığı, məhsuldarlığın azalmasını və ixrac bazarlarında yaranan kəskin tələbi qeyd edib:
 

"Məsələn, Azərbaycan kənd təsərrüfatı məhsullarını əsasən Rusiyaya ixrac edir. Orada müəyyən səbəblərdən hansısa məhsula tələbatın kəskin artması Azərbaycandan həmin məhsulun ixracının intensivliyini artırır. Bu da daxili bazarlarda təklif qıtlığına və qiymət artımına gətirib çıxarır.


Xarici bazarlara məhsullarına çıxarılmasındakı çətinliklər yerli bazarda qiymətlərin enməsini şərtləndirir. Digər tərəfdən kənd təsərrüfatı sahəsində risklərin yüksək olması qiymət dəyişkənliyini labüd edir".

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO