Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində bəzi məşhur günəbaxan yağı markalarında ciddi keyfiyyət pozuntuları müəyyən edilib.
Bizim.Media xəbər verir ki, “Solntse Moe”, “Kuban” və digər istehsalçıların yağlarında yüksək peroksid göstəriciləri qeydə alınıb ki, bu da məhsulun vaxtından əvvəl xarab olmasının göstəricisidir.
Bundan başqa, “Kuban” və “GREEN RAY” markalarında yağ turşuları tərkibində normadan kənara çıxmalar aşkar edilib. Bu isə ya təbii xammaldan istifadə edilmədiyini, ya da texnoloji qaydalara əməl olunmadığını göstərir.
Ən yaxşı nəticə göstərənlər sırasında “Dobavkin” və “Karolina” kimi markalar olub – bu yağlar həm təhlükəsizlik, həm də tərkibə uyğunluq baxımından şərtsiz testdən keçib.
Mütəxəssislər istehlakçılara yalnız etiketə deyil, eyni zamanda müstəqil test nəticələrinə də diqqət yetirməyi tövsiyə edirlər. Çünki sadə bir şüşə yağ belə xoşagəlməz “sürprizlər” gizlədə bilər. (News24.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:18 / 31.05.2025
Ən keyfiyyətsiz yağların adı AÇIQLANDI
Hazırda oxunan: Ən keyfiyyətsiz yağların adı AÇIQLANDI
Hazırda oxunan: Ən keyfiyyətsiz yağların adı AÇIQLANDI
252320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.