Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs həbs olunub.
Bizim.Media xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Elmira nənənin çatasından pul oğurlamaqda şübhəli bilinən, 1996-cı il təvəllüdlü Seyran Kazımov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda qadın evdən 10 minə yaxın pul oğurladı
Onun barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir, onun digər oğurluq əməllərində iştirakının olub-olmaması yoxlanılır. Onun əməllərindən zərərçəkmiş vətəndaşlar varsa, polisə müraciət edə bilər.
Qeyd edək ki, jurnalist Ləman Ələşrəfqızı sözügedən oğurluqla bağlı məlumat paylaşmışdı. Jurnalist oğrunun kameraya düşən fotosunu da yaymışdı.
Bizim.Media