Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib.
Bizim.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə Arzu Yusifova gətirilib.
Qeyd edək ki, ixtisasca qastroenteroloq-psixoloq həkim olan Arzu Yusifova bir ilə yaxındır, sözügedən xidmətdə həkim kimi fəaliyyət göstərir. O həmçinin bir sıra özəl və dövlət xətəxanalarında çalışıb. Arzu Yusifova fövqəladə hallar naziri ilə ailəvi yaxınlığı ilə tanınır.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini, xidmət rəisi əvəzi general-mayor Rəfail Mehdiyev ötən gün vəzifəsindən azad edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:27 / 30.05.2025
İşdən çıxarılan generalı psixoloq Arzu Yusifova ƏVƏZ ETDİ
Hazırda oxunan: İşdən çıxarılan generalı psixoloq Arzu Yusifova ƏVƏZ ETDİ
Hazırda oxunan: İşdən çıxarılan generalı psixoloq Arzu Yusifova ƏVƏZ ETDİ
252223
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.