Məleykə Abbaszadə: “Təhsil ekspertlərinin sözlərində məntiqsizlik görürük”

Məleykə Abbaszadə: “Təhsil ekspertlərinin sözlərində məntiqsizlik görürük”

Hazırda oxunan: Məleykə Abbaszadə: “Təhsil ekspertlərinin sözlərində məntiqsizlik görürük”

252205

“Təhsil ekspertlərinin sözlərini müqayisə edərkən biz məntiqsizlik görürük”.

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ASAN Radionun canlı yayımında deyib.
 

O bildirib ki, onlar hər sahə üzrə məsləhətlər verirlər, amma reallıqda heç bir işə cavabdeh deyillər, heç bir sahə üzrə məsuliyyət daşımırlar.


"Həmin ekspertlər qəhrəman deyil. Qəhrəman o 1000 ekspertdir ki, onların hərəsi 5000 sualı oxuyub yoxlayır. Sosial şəbəkələrdə status yazmaq qəhrəmanlıq deyil".

Onun sözlərinə görə, kifayət qədər yaxşı ekspertlər var.

"Biz onlarla əməkdaşlıq edirik. Bu mövzu hər zaman diqqət mərkəzindədir. Bizim ekspert bazamızda 7-8 min ekspert olub. Biz onlarla əməkdaşlıq edirik",- deyə o əlavə edib. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO