Kürdəmirdə ana bətnində ölən körpə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə ana bətnində ölən körpə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Kürdəmirdə ana bətnində ölən körpə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

252202

Xəbər verdiyimiz kimi, Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində dünyasını dəyişib.

Kürdəmirdə baş verən uşaq ölümü ilə bağlı Təbib-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 29.05.2025-ci il tarixində saat 12:30 radələrində 1993-cü il təvəllüdlü hamilə yalançı doğum sancıları diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə FACİƏ – Dünən həkimlər “hər şey qaydasındadır” dedi, bu gün körpəsini İTİRDİ


“Təcili və təxirəsalınmaz yardımlar edilən pasiyentin vəziyyəti stabilləşib. Pasiyentə stasionar yatış tövsiyə edilsə də o, bundan imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb. 

Daha sonra 30.05.2025-ci il tarixində saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən Doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal həkimlər konsilium keçirilib və hamilə təcili Əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib.

Pasiyent əməliyyatdan sonra Reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir”.

Xatırladaq ki, xəstənin ailəsi verdiyi açıqlamada körpənin tələf olmasını həkim səhlənkarlığı ilə əlaqələndirib. Onlar mayın 29-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin xəstəyə hər şeyin qaydasında olduğunu bildirdiyini və bundan sonra Rüfanə Bayramovanı evə apardıqlarını qeyd ediblər. 

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO