9-cu siniflərin digər buraxılış imtahanlarının nəticələri NƏ VAXT elan olunacaq?

9-cu siniflərin digər buraxılış imtahanlarının nəticələri NƏ VAXT elan olunacaq?

Hazırda oxunan: 9-cu siniflərin digər buraxılış imtahanlarının nəticələri NƏ VAXT elan olunacaq?

252186

Məlum olduğu kimi aprelin 13-də keçirilmiş 9-cu sinif buraxılış imtahanlarının nəticəsi mayın 23-də elan olundu.

Şagirdlərə maraqlıdır ki, 20-də və 27-də keçirilən imtahanların nəticələri nə zaman elan olunacaq?

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, ilkin olaraq 20 apreldə keçirilən imtahan nəticələrinin elan olunması nəzərdə tutulub.

“İmtahan nəticələrinin dəqiq elan olunma tarixi və saatını demək çətindir. Texnoloji bir prosesdir və tam dəqiq vaxt göstərmək mümkün olmur. Hazırda nəticələrin emalı davam edir. Proses yekunlaşan kimi, nəticələr mərkəzin saytına qoyulur və bu barədə ictimaiyyətə məlumat verilir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO