Toğrul İsmayıl: Rusiya Türkiyənin Cənubi Qafqaza gəlməsi ilə rəsmən razılaşıb

Toğrul İsmayıl: Rusiya Türkiyənin Cənubi Qafqaza gəlməsi ilə rəsmən razılaşıb

Hazırda oxunan: Toğrul İsmayıl: Rusiya Türkiyənin Cənubi Qafqaza gəlməsi ilə rəsmən razılaşıb

2521

Qarabağ istiqamətində danışıqlar və görüşlər hələ bitməyib və davam edəcək.

Bizim.Media-ya açıqlamasında Türkiyənin Qəhrəman Maraş Universitetinin professoru Toğrul İsmayıl belə deyib. O, hesab edir ki, Azərbaycan qalib tərəf kimi hələ Ermənistan qarşısında çox məsələləri qaldıracaq.

O ki qaldı əks tərəfi narahat edən “Türkiyə Azərbaycanın istənilən yerində əsgərlərini yerləşdirə bilər” fikrinə“Anlamaq lazımdır ki, Türkiyə artıq Cənubi Qafqazda var.

"O, sabah NATO üzvü kimi Gürcüstanda da öz hərbi birləşmələri ilə otura bilər. Hazırkı geosiyasi reallıq bunları qaçılmaz edir”.

Toğrul İsmayılın fikrincə, hansı sənəddə nə yazılmasından asılı olmayaraq, Türkiyə və Rusiya Müdafiə nazirlərinin Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı imzaladığı memarandum Türkiyənin bölgəyə gəlişini rəsmiləşdirdi.

“Bu da o deməkdir ki, Rusiya Türkiyənin Cənubi Qafqaza gəlməsi ilə rəsmən razılaşıb”.

Ağanisə Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO