Qırğızıstanın Oş şəhərində böyük qırğız şairi Conon Mamutovun 85 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Gənc Şairlər Festivalında Azərbaycanı təmsil edən şairlər — İntiqam Yaşar, Fərid Hüseyn, Ayşən Rəhim və Nadir Yalçın Beynəlxalq Festivalın laureatı elan edilərək "Conon Mamutov" medalı ilə təltif olunublar.
Bizim.Media xəbər verir ki, mükafatları iştirakçılara Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev təqdim edib.
Bu il ilk dəfə Qırğızıstanın Oş şəhərində Türk dünyasının istedadlı gənc şairlərini bir araya gətirən beynəlxalq festivalın gələn il Azərbaycanda keçirilməsi planlaşdırılıb.
Bizim.Media