"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından dünyasını dəyişib? - VİDEO

"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından dünyasını dəyişib? - VİDEO

Hazırda oxunan: "Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından dünyasını dəyişib? - VİDEO

251991

Sosial şəbəkədə Bakıda "Məlhəm" klinikasında həkim səhlənkarlığı nəticəsində pasiyentin vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı "Məlhəm" Beynəlxalq Hospitaldan “oxu.az”a verilən açıqlamada bu gün səhər saatlarında 59 yaşlı kişi pasiyentin xəstəxanada vəfat etdiyi bildirilib.

"Xəstə ağır vəziyyətdə idi və uzun müddət idi ki, klinikamızda müalicə alırdı. Tibb bacısı xəstənin yatağını dəyişmək istəyib. Bu zaman xəstənin həyat yoldaşı da otaqda olub. Xəstə qəfil ölüm keçirib. Həkimlərin müdaxiləsi ilə qısa müddətə həyati funksiyaları bərpa edilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin daha sonra orada vəfat edib".

Klinikadan bildirilib ki, məsələ ilə bağlı ekspertiza aparılacaq:

"Son qərarı müvafiq ekspertiza verəcək. Lakin bir daha vurğulamaq istərdik ki, burada həkim səhlənkarlığından söhbət gedə bilməz. Hadisə ilə bağlı mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Araşdırmalar davam edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO