“Hərdən şəhid ailələri və qazilərin vəziyyəti ilə maraqlanmağı günümün ən qiymətli vaxtı hesab edirəm. Çəkilişlər və montajdan sonrakı yorğun anlar, dincəlmək saatları. O dinclik saatlarında internetdə hansısa şəhid ailəsi və qazinin şikayətini oxuyur və vaxtilə çəkilişlərdə ünsiyyət qurduğumuz icra hakimiyyətlərinə zəng edirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalist Azər Qismət qeyd edib.
A.Qismət bu gün şəhid Şamxal Əvəz oğlu Əlizadənin atası Əvəz Əliyevin şikayətinə görə Gədəbəy rayon İcra hakimiyyətinə zəng etdiyini bildirib:
"Şəhid atası gileylənib ki, mənə istədiyim torpaq sahəsində ev tikməyə icazə verilmir. Soruşdum ki, "axı Gədəbəy kiçik qəsəbə deyil, o boyda rayonda şəhid atasına ev tikməyə torpaq sahəsi tapılmırsa, daha sözüm yoxdur". İcra hakimiyyətindən deyildi ki, onun ev tikmək istədiyi ərazi başqasının pay torpağıdır. Biz mayın 31-də vətəndaşı qəbul etmişik. Nə isə. Deyiblər orda olmaz, deyib olar. Nəhayət, məsələ xoş sonluqla bitib. YAŞAT Fondu şəhid atasına 15 000 manat verib ki, ev tik. Sonra onun yaşadığı evə gedən yolun 300 metrəsində təmir işləri aparılıb.
Çox təəssüf başqa məlumat da verdilər ki, Əvəz Əliyev başqa şəhid ailəsinin oğlunu bıçaqlayıb, polis onu şəhid atası olmasına görə bağışlayıb, tərəfləri barışdırıb. İstənilən halda verilən pula ev tiksin. Amma qanuna da əməl etsin. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimiz min yaşasın", - jurnalist qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:14 / 17.06.2021
Şəhid atası digər şəhidin qardaşını bıçaqladı
Hazırda oxunan: Şəhid atası digər şəhidin qardaşını bıçaqladı
Hazırda oxunan: Şəhid atası digər şəhidin qardaşını bıçaqladı
25190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.