Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi – FOTO

Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi – FOTO

Hazırda oxunan: Xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi – FOTO

251573

Dövlət Sosial Müdafiə Fondunda bir sıra rəhbər vəzifələrə təyinatlar olub.

Bizim.Media tibunainfo.az-a istinadən xəbər verir ki, fondun rəhbəri Zəka Mirzəyev xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib.

Z.Mirzəyevin bir neçə gün əvvəl özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olması məlum olub.

Bildirilib ki, təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, buna cavab verilməyib.

Məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.

Qeyd edək ki, Zəka Mirzəyev bu ilin aprelində DSMF sədri təyin edilib.

Fotoda Zəka Mirzəyev



Fotoda Şahin Əliyev



Fotoda Mail Məmmədov


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO