“Xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsipləri ilə uzlaşmır”.
Bizim.Media xəbər verir ki, bunu apa.az-a müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.
Ə.İsmayılovun sözlərinə görə, Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən onlayn media subyektlərinə dəstək layihələri üzrə müsabiqənin qaydalarına dəyişiklik edilərək maliyyələşəcək veb-saytların təqdim etdikləri unikal məzmunun yalnız 25 faizinin tərcümə materialı ola biləcəyi ilə bağlı tələb irəli sürülüb.
“Düşünürük ki, bu addım medianın özünəməxsus məzmun istehsalında növbəti dönüş nöqtəsi olacaq”, - MEDİA-nın İcraçı direktoru vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:27 / 27.05.2025
Müsabiqədə YENİ TƏLƏB: Yazıların yalnız 25%-i tərcümə materialı olmalıdır
Hazırda oxunan: Müsabiqədə YENİ TƏLƏB: Yazıların yalnız 25%-i tərcümə materialı olmalıdır
Hazırda oxunan: Müsabiqədə YENİ TƏLƏB: Yazıların yalnız 25%-i tərcümə materialı olmalıdır
251520
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.