Azərbaycanda problemli kreditlərin məbləği 500 milyonu ÖTDÜ

Azərbaycanda problemli kreditlərin məbləği 500 milyonu ÖTDÜ

Hazırda oxunan: Azərbaycanda problemli kreditlərin məbləği 500 milyonu ÖTDÜ

251510

Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,6 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 4,4 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 11,9 %, son 1 ildə isə 8,7 % artıb.

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət martın sonuna 1,6 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il aprelin sonuna isə 1,8 % olub.

Mayın 1-nə bankların kredit portfeli 26 milyard 442,6 milyon manat təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 13,9 % böyüyüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO