Macarıstanlı şairlər IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında – FOTO

Macarıstanlı şairlər IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında – FOTO

Hazırda oxunan: Macarıstanlı şairlər IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında – FOTO

251376

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 3-cü günündə Macarıstan ədəbiyyatına həsr olunmuş panel müzakirəsi baş tutub. Paneldə Macarıstan ədəbiyyatının zənginliyi, müxtəlifliyi və çağdaş dövrdə aktuallığı müzakirə olunub.

Bizim.Media xəbər verir ki, paneldə Azərbaycan və Macarıstanın ədəbi  mühitinin nümayəndələri çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Bənövşə Daşdılının kitabları oxucuların marağına səbəb oldu – FOTO


Ramil Əhməd və Rəna Cahangirlinin moderatorluğu ilə keçən tədbirdə şairlər Daniel Levente Pal, Atilla Balaş çıxış ediblər.

Çıxışçılar bildiriblər ki, tarixi kökləri olan iki dövlət arasında mədəni əlaqələrin inkişafı, ədəbi mübadilə üçün qarşılıqlı tərcümələrin olması çox böyük əhəmiyyət kəsb edir. Həmçinin növbəti festivala qədər ortaq antologiyanin yaradılması təklif olunub. Tədbirdə Macar şairlərinin şeirləri hər iki dildə səsləndirilib.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub. 

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.


















Şəfiqə Şəfa, Sadiq Məmmdədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO