Xəbər verildiyi kimi, cari il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bizim.Media xəbər verir ki, istintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:46 / 26.05.2025
Nəzrinin ölümünə səbəb olan həkimin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ
Hazırda oxunan: Nəzrinin ölümünə səbəb olan həkimin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ
Hazırda oxunan: Nəzrinin ölümünə səbəb olan həkimin cinayət işi məhkəməyə GÖNDƏRİLDİ
251357
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.