Arvadı Makronu buna görə sillələyib – RƏSMİ AÇIQLAMA – VİDEO

Arvadı Makronu buna görə sillələyib – RƏSMİ AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Arvadı Makronu buna görə sillələyib – RƏSMİ AÇIQLAMA – VİDEO

251355

Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Makron arasında Vyetnamın paytaxtı Hanoya eniş etdikdən dərhal sonra mübahisə yaşanıb. Bu barədə prezidentin yaxın dostlarından biri məlumat  yayıb.  

Mənbənin verdiyi informasiyaya görə, mübahisə sadəcə şəxsi xarakter daşıyıb və ciddi bir hadisə kimi qiymətləndirilməməlidir. Brijit Makronun prezidentə əl uzatmaqdan imtina etməsi və daha sonra ona yüngül sillə vurması ilə bağlı yayılan video görüntülərin gerçəkliyini isə Yelisey sarayı özü də təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fransanın tanınmış “RMC BFM” radiostansiyası yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Makron biabır oldu: Həyat yoldaşı onu sillələdi – ANBAAN VİDEO


Yelisey sarayının nümayəndələri bildirib ki, cütlük arasında bəzən yaşanan şəxsi anlaşılmazlıqlar onların münasibətlərinin səmimiliyinin və yaxınlığının göstəricisidir.

Bu hadisənin dövlət səfərinin gündəliyinə və rəsmi görüşlərə heç bir təsiri olmadığı vurğulanıb.

Qeyd edək ki, Emmanuel Makron hazırda Vyetnamda rəsmi səfərdədir və bu, onun prezident seçildikdən sonra Hanoya ilk səfəridir. Səfər zamanı o, Prezident Lıonq Kyonq ilə görüş keçirib, Ho Şi Minin məqbərəsini ziyarət edib və Fransa ilə Vyetnam arasında hərtərəfli strateji tərəfdaşlığın inkişafına dair danışıqlar aparıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO