Yeniyetmənin ölümünə nə səbəb olub? - VİDEO

Yeniyetmənin ölümünə nə səbəb olub? - VİDEO

Hazırda oxunan: Yeniyetmənin ölümünə nə səbəb olub? - VİDEO

251285

Xəbər verdiyimiz kimi, ötən gün Zabrat-2 stansiyasında 15 yaşlı yeniyetmə Nemət Hacıyev hərəkətdə olan qatarın qarşısına qəflətən çıxıb.

Bizim.Media xəbər verir ki, bədbəxt hadisədən sonra yeniyetmə həlak olub.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

Məlumata görə, sözügedən ərazidəki yolustü keçidin lifti işləmədiyi üçün vətəndaşlar relslərin üzərindən keçirlər. Hətta, onlar “rahatlığ”a görə təhlükəsizlik məqsədilə yerləşdirilən dəmir qoruyuculardan özlərinə yol da açıblar.

Sakinlər deyir ki, ərazidə əvvəllər də belə bədbəxt hadisələr baş verib.

Yeniyetmənin ölümü ilə bağlı səslənən başqa bir iddia isə, hadisə zamanı onun qulaqlıqdan istifadə etməsidir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan dəmiryolları QSC bir daha vətəndaşlara diqqətli olmaları ilə bağlı xəbərdarlıq edib.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO