Yas mərasimlərini tənqid edib, vəsiyyətini AÇIQLADI

Yas mərasimlərini tənqid edib, vəsiyyətini AÇIQLADI

Hazırda oxunan: Yas mərasimlərini tənqid edib, vəsiyyətini AÇIQLADI

251154

Aparıcı Elgiz Əkbər yas mərasimlərini tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, aparıcısı olduğu "Elgizlə izlə" verilişində danışıb:
 

"Yas sahibinin onsuz da əzizi gedib. Siz oraya aş, boşbaş yeməyə getməmisiniz. Gedirik ki, yazığın yanında olaq, təsəlli verək ki, həmin mərhələni aşa bilsin. Onda elə çıxır ki, biz gedirik yas sahibinin yarasına duz tökməyə. Ölüsü bir tərəfdə sən də ağı deyib yarasına duz tökürsən. Bu biri tərəfdən də camaat qarnını doydurur.


Bu, nə adətdir? Bunu tövsiyə kimi deyirəm. Kənardan pis görünür. Yas sahibinin yanında əyləşib onun başını qatmalıyıq. Yoxsa ki, kənardan elə görünür iki, bizim işimiz gedib orada qarnımızı doydurmaqdır. Aş az olanda da söz edək ki, bizə yemək vermədilər. Guya kimsə yas sahibini daha çox ağlatsa, onu daha çox istəyir".

Elgiz öz yas mərasimində yaxşı mahnılar çalınmasını vəsiyyət etdiyini bildirib:

"Mən öləndə demişəm, gözəl mahnılar qoyulsun. Melodiya olsun". (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO