72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə HÖKM OXUNDU

72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə HÖKM OXUNDU

251148

Bakıda külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Məzahir Dostiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məzahir Dostiyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 

Qeyd edək ki, ittihama görə, Məzahir Dostiyev Bakı və Abeşron ərazilərində müxtəlif torpaq sahələrində fərdi yaşayış evləri tikib sataraq gəlir əldə edib böləcəklərinə dair yalan vəd verərək tanışlarını aldadıb. Onlara qarşı ümumilikdə 72.450 manatlıq dələduzluq edib.


O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO