Paytaxtda oğurluq etməkdə şübhəli bilinən şəxslər SAXLANILDI

Paytaxtda oğurluq etməkdə şübhəli bilinən şəxslər SAXLANILDI

Hazırda oxunan: Paytaxtda oğurluq etməkdə şübhəli bilinən şəxslər SAXLANILDI

251114

Mayın 22-də Nərimanov rayonu ərazisində bir nəfərin çantasından telefon oğurlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
 

Belə ki, rayonun Z.Bünyadov küçəsində Sumqayıt şəhər sakini polisə müraciət edərək 3 min 600 manat dəyərində telefonunun oğurlanmasını bildirib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğrunu müəyyən etmək mümkün olub.


Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Səfərov şübhəli şəxs qismində saxlanılıb.

Nəsimi rayonunda isə mağazaların birindən 800 manat dəyərində tütün məmulatları talamaqda şübhəli bilinən 55 yaşlı V.Kərimov da müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO