Qoyun otaran 20 yaşlı gənci ilan sancıb. Hadisə Qax rayonunun Dəymədağlı kəndində baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, dünən günorta saatlarında 2005-ci il təvəllüdlü İsrail adlı gənc qoyun otaran zaman yuxuya gedib.
Gənc yuxuya gedən zaman onu ilan sancıb. İlan belinə bərk sarıldığından İsrafil ilanı kürəyindən qopara bilmədiyini görərək kəndə qaçıb. Kənd sakinləri ilanı gəncin belindən qopararaq onu xəstəxanaya çatdırıblar.
Yaralıya Qax rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən xəstənaların birinə yerləşdirilib. Gəncin vəziyyəti ağırdır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
00:24 / 23.05.2025
Qoyun otaran 20 yaşlı gənci ilan SANCDI - Vəziyyəti ağırdır - VİDEO
Hazırda oxunan: Qoyun otaran 20 yaşlı gənci ilan SANCDI - Vəziyyəti ağırdır - VİDEO
Hazırda oxunan: Qoyun otaran 20 yaşlı gənci ilan SANCDI - Vəziyyəti ağırdır - VİDEO
250828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.