Lənkəran rayonunun Nərimanabad qəsəbəsində 23 yaşlı gəncə sahibsiz it hücum edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəsəbə sakini 2002-ci il təvəllüdlü Ülvi Qasımzadə küçədə gəzərkən itin hücumuna məruz qalıb.
Nəticədə o, müxtəlif nahiyələrindən xəsarət alıb. Dərhal tibbi yardım göstərilən zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun sağ said və baldır nahiyəsində dişləmə yaraları aşkarlanıb.
Hazırda müalicəsi stasionar şəraitdə davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
06:15 / 23.05.2025
Lənkəranda sahibsiz it 23 yaşlı gəncə HÜCUM ETDİ
Hazırda oxunan: Lənkəranda sahibsiz it 23 yaşlı gəncə HÜCUM ETDİ
Hazırda oxunan: Lənkəranda sahibsiz it 23 yaşlı gəncə HÜCUM ETDİ
250819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.