Bakı-Quba yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Siyəzən rayon sakini, 39 yaşlı Samir İlqar oğlu Əkbərov idarə etdiyi VAZ-2107 markalı avtomaşınla Bakı istiqamətində hərəkət edərkən, avtomaşını yolun ortasındakı dəmir arakəsmələrə vuraraq aşırıb.
Nəticədə sürücü Samir Əkbərov, həyat yoldaşı 35 yaşlı Rəvanə, 16 yaşlı qızı Aysu və 10 yaşlı oğlu İlkin Əkbərovlar xəsarət alaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
19:15 / 22.05.2025
Siyəzəndə QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı - ÖZƏL/FOTO
Hazırda oxunan: Siyəzəndə QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı - ÖZƏL/FOTO
Hazırda oxunan: Siyəzəndə QƏZA: Bir ailənin 4 üzvü xəsarət aldı - ÖZƏL/FOTO
250785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.