Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Bu sıraya mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər, reklam daşıyıcısı olan rəqəmsal platforma – reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı (dövlət informasiya ehtiyatları istisna olmaqla), informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri, o cümlədən rəqəmsal platforma təsisçisi – maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs daxil edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:25 / 22.05.2025
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq
Hazırda oxunan: Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq
Hazırda oxunan: Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq
250747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.