Xəbər verildiyi kimi Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verildiyi iddia olunub.
MÖVZU İLƏ BAĞLI:
Yevlaxda azyaşlıya məcburi narkotik verilib? – VİDEO
Bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb. Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb. Bu zaman uşaq qışqırıb, yerə tüpürüb. Həmin şəxs isə qaçıb. Uşaq oradaca huşunu itirib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, Yevlaxda azyaşlıya narkotik verilməsi iddiaları araşdırılıb. Azyaşlının müvafiq narkoloji tibbi ekspertizadan keçirilməsi təmin olunub. Onda hər hansı narkoloji qalıq aşkarlanmayıb.
Araşdırmalarla digər xüsuslar da yoxlanılıb, iddialar təsdiqini tapmayıb.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu