Qəzada həyatını itirən qazi imiş - FOTO

Qəzada həyatını itirən qazi imiş - FOTO

Hazırda oxunan: Qəzada həyatını itirən qazi imiş - FOTO

250576

Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib.

R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu.

Qeyd edək ki, qəza zamanı daha iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO