Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova qeyri-rəsmi nikahda yaşadığı Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.
Bizim.Media xəbər verir ki, Nuranənin atası qızının işgəncə ilə öldürüldüyünü bildirib.
“Mənim balamı zülümlə öldürüb. Aldadıb aparıb öldürüb. 5 gün bundan qabaq mən onu evdən çıxarmışam. Demişəm ki, “get, bir də bura dönmə, nə vaxt atan, anan bura gələcək, söz verəcək...Nə vaxt ki, toydan əvvəl gəlib söz vermişdilər, sinəsinə döymüşdü ki, “bu gəlin mənimdir, mən baxacam öz balam kimi”. Baxmadı ki... Getdim balamı gətirdim”, - o qeyd edib.
Atası bildirib ki, qızının yaşı düşmədiyi üçün onların rəsmi nikahı olmayıb:
“Qızımı qaçırdı. Həmin gecə evlərinə getdim qızı gətirmək üçün. Düşdülər ayağımıza dedilər ki, “ağır seyidik, bu bala mənim balamdır, narahat olmayın. Bu qızı buradan heç kim apara bilməz, aparan da xeyir tapa bilməz. Ona görə də susduq qaldıq, kişi söz verdi də, biz nə bilərdik ki, bu kişi deyilmiş. Mən onu özüm maşına mindirib aparmışdım. Məndən sonra gəlib qızımı aldadıb aparıb. 17-si qızımı öldürüb, dünən xəbəri gəlib. Onun valideyni bilirmiş. Gülə-gülə kürdən çıxardı meyiti”.
Xatırladaq ki, S. Talıbzadə mayın 17-si birgə yaşadığı 16 yaşlı Nuranəni qətlə yetirərək Kürə atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.
Daha ətraflı Baku.TV-nin videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:50 / 21.05.2025
Nuranənin atası: “Qızımın cəsədini Kürdən gülə-gülə çıxardı” – VİDEO
Hazırda oxunan: Nuranənin atası: “Qızımın cəsədini Kürdən gülə-gülə çıxardı” – VİDEO
Hazırda oxunan: Nuranənin atası: “Qızımın cəsədini Kürdən gülə-gülə çıxardı” – VİDEO
250523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.