İmişlidə Ağsaqqallar Şurasına yeni sədr SEÇİLDİ

İmişlidə Ağsaqqallar Şurasına yeni sədr SEÇİLDİ

Hazırda oxunan: İmişlidə Ağsaqqallar Şurasına yeni sədr SEÇİLDİ

250509

Bu gün İmişli rayon Ağsaqqallar Şurasının növbədənkənar yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, yığıncaqda açıq səsvermə yolu ilə Əməkdar müəllim Ramiz Əmirov İmişli rayon Ağsaqqallar Şurasının sədri seçilib.
 

Qeyd edək ki, R.Əmirov 2021-ci ilin mayından 2024-cü ilin aprel ayına kimi İmişli rayon Ağsaqqallar Şurasının sədri olub. O, həmçinin uzun illər İmişli Rayon Təhsil Şöbəsinə rəhbərlik edib.


Xatırladaq ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə sədr Saleh Səmədovun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb.

S.Səmədovun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun vəzifədən uzaqlaşdırılmasından sonra çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olduğuna dair də məlumatlar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO