Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 508 nikaha daxilolma və 21 384 boşanma halı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
2024-cü il ərzində mediasiya təşkilatlarına ümumilikdə 47 212 müraciət daxil olub. Daxil olan müraciətlərdən 43 761-i ailə mübahisələri, 2 427-i əmək mübahisələri, 64-i kommersiya mübahisələri, 377 müraciət isə mülki mübahisələr üzrədir.
2024-cü il ərzində ümumilikdə 7 554 barışıq sazişi imzalanıb ki, bu da 47% uğurlu nəticə deməkdir. Barışıqlardan 6 963-ü ailə mübahisələri üzrə daxil olmuş müraciətlərdən əldə edilib.
Bizim.Media