Bu şəxslərin 18 yaşından tez evlənməsinə İCAZƏ VERİLDİ – RƏSMİ

Bu şəxslərin 18 yaşından tez evlənməsinə İCAZƏ VERİLDİ – RƏSMİ

Hazırda oxunan: Bu şəxslərin 18 yaşından tez evlənməsinə İCAZƏ VERİLDİ – RƏSMİ

250470

Ötən il 185 yetkinlik yaşına çatmayan şəxsə nikaha girməyə icazə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, respublikanın 14 iqtisadi rayonu üzrə 2024-cü ildə nikah yaşının bir il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılmış, üzürlü səbəblər müəyyən edildikdən sonra 185 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Statistik rəqəmlər göstərir ki, nikah yaşının bir il azaldılması ilə bağlı verilən icazələrin sayında 64 azalma var.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO