Otaq güllərinin dibinə sarımsaq QOYUN – Nəticə inanılmazdır

Otaq güllərinin dibinə sarımsaq QOYUN – Nəticə inanılmazdır

Hazırda oxunan: Otaq güllərinin dibinə sarımsaq QOYUN – Nəticə inanılmazdır

250422

Bir çox evdar qadınların evdəki otaq güllərinin dibinə sarımsaq basdırdığını görmüsünüzsə, bu, təsadüfi deyil. Sarımsaq təkcə mətbəxin əvəzedilməz məhsulu deyil, həm də təbii gübrə və güclü zərərverici əleyhinə vasitə kimi istifadə olunur.

Bizim.Media xəbər verir ki, mütəxəssislərin fikrincə, sarımsağın tərkibindəki kükürd birləşmələri torpaqda olan zərərli mikroorqanizmləri və həşəratları uzaqlaşdırır.

Bu xüsusilə torpaq qurdları, bitlər və göbələk infeksiyaları ilə mübarizədə təsirlidir.

Bundan əlavə, sarımsaq torpağın antibakterial və göbələk əleyhinə xüsusiyyətlərini artırır, bitkinin kök sistemini qoruyur və inkişafını dəstəkləyir. Otaq güllərinə daha sağlam görüntü bəxş edir, yarpaqların solmasının və saralmasının qarşısını alır.
 

Sadəcə bir neçə diş sarımsağı soyaraq otaq gülünün dibinə, torpağa səthi şəkildə basdırmaq kifayətdir. Təmiz və kimyəvi maddələrsiz mübarizə üsulu olan bu metod ev şəraitində təbii və effektiv nəticə verir.


Qısacası, sarımsaq həm dekorativ bitkilərin sağlamlığını qoruyur, həm də evdar qadınların təbiətə uyğun bağçılıq üsuluna töhfə verir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO