Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazi sağalaraq Vətənə geri dönüb.
Bizim.Media-ya Fonddan verilən məlumata görə, sağalaraq Vətənə geri dönən qazilər - Məmmədzadə Arif Mahir oğlunun, İbrahimov Kamran Ceyhun oğlunun, Bayramov Rahul Mərdan oğlunun, İslamov Vüsal İslam oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
MÖVZU İLƏ BAĞLI:
8 aydır sağalmayan qazimiz Türkiyəyə göndərilir – YAŞAT Fondu SÖZ VERDİ
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Bizim.Media