Bakıda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tərəfindən təşkil olunan “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
Bizim.Media xəbər verir ki, tədbir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunub və qalxanabənzər vəzi xəstəliklərinin müasir diaqnostika, müalicə üsulları üzrə elmi-praktik biliklərin paylaşılmasını, habelə bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasını hədəfləyir.
Konfransda ümumi cərrahlar, onkoloqlar, endokrinoloqlar, radioloqlar və terapevtlər iştirak edirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:17 / 18.05.2025
Bakıda beynəlxalq konfrans işə başladı
Hazırda oxunan: Bakıda beynəlxalq konfrans işə başladı
Hazırda oxunan: Bakıda beynəlxalq konfrans işə başladı
249942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.