Lənkərandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO

Lənkərandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO

Hazırda oxunan: Lənkərandakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO

249888

Lənkəranda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev Bizim.Media-nın yerli bürosuna məlumat verib.

“Bu gün saat 16:50 radələrində Lənkəran şəhəri Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 3 nəfər – 2 kişi və 1 qadın – müxtəlif dərəcəli bədən travmaları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Onlardan iki nəfərin müalicəsi xəstəxanada davam etdirilir və vəziyyətləri orta-ağır qiymətləndirilir. Bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd edilib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO