Mayın 17-dən etibarən İlqar Abdullayev küçəsində - Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, məhdudiyyət “Pirşağı–Xırdalan–Novxanı–M4” avtomobil yolu layihəsi ilə əlaqədardır.
AYNA-nın açıqlamasına görə, məhdudiyyətlə əlaqədar 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:45 / 16.05.2025
Sərnişinlərin NƏZƏRİNƏ: 2 avtobus marşrutunun hərəkəti dəyişdirilir
Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ: 2 avtobus marşrutunun hərəkəti dəyişdirilir
Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ: 2 avtobus marşrutunun hərəkəti dəyişdirilir
249755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.