Vilyam Məmmədov SAXLANILDI – FOTO

Vilyam Məmmədov SAXLANILDI – FOTO

Hazırda oxunan: Vilyam Məmmədov SAXLANILDI – FOTO

249692

İsmayıllıda sosial şəbəkələrdə dələduzluq edən şəxs tutulub.

Bizim.Media xəbər verir ki, İsmayıllı RPŞ-nin keçirdiyi tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran, əvvəllər də bu kimi əməllərə görə məhkum olunmuş 40 yaşlı Vilyam Məmmədov saxlanılıb.

Onun “TikTok” sosial şəbəkəsində özünü tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi təqdim edərək müraciət edən şəxslərin pulunu ələ keçirməsi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO