Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Bizim.Media Penitensiar xidmətə istinadən xəbər verir ki, həbs olunmuş şəxs Ramil Həsən oğlu Quliyevə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman şalvarın cibində gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,098 qram heroin və ümumi çəkisi 0,021qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:24 / 16.05.2025
Bakıda ana həbsdəki oğluna narkotik keçirmək istədi - FOTO
Hazırda oxunan: Bakıda ana həbsdəki oğluna narkotik keçirmək istədi - FOTO
Hazırda oxunan: Bakıda ana həbsdəki oğluna narkotik keçirmək istədi - FOTO
249649
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.