DYP-dən sürət həddi ilə bağlı ÇAĞIRIŞ

DYP-dən sürət həddi ilə bağlı ÇAĞIRIŞ

Hazırda oxunan: DYP-dən sürət həddi ilə bağlı ÇAĞIRIŞ

249644

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması ilə bağlı müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
 

"Yollarda sürət həddinin aşılması nəinki bir qanun pozuntusu, eyni zamanda insan həyatına yönəlmiş təhlükədir. Hər il ölkəmizdə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır. Bu cür məsuliyyətsiz davranış nəticəsində neçə-neçə valideyn övladını, ailələr sevdiklərini itirirlər.


Bir saniyəlik ehtiyatsızlıq bir ömrün sonu ola bilər.

Sürəti artırmaq nəqliyyat vasitəsinə nəzarəti itirmək, qarşı tərəfdəki günahsız insanların həyatını təhlükəyə atmaq deməkdir. Yol nişanlarında göstərilən sürət həddi sadəcə rəqəm deyil - insan həyatının sərhədidir!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:

-Qanunla müəyyən olunmuş sürət həddinə əməl edin.

-Yol və hava şəraitinə uyğun hərəkət edin.

Unutmayın ki, bir anlıq məsuliyyətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO