Gəncədə özəl xəstəxanada vəfat edən qadının ölüm SƏBƏBİ AÇIQLANDI

Gəncədə özəl xəstəxanada vəfat edən qadının ölüm SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Gəncədə özəl xəstəxanada vəfat edən qadının ölüm SƏBƏBİ AÇIQLANDI

249542

Gəncə Şəhər Birləşmiş Xəstəxanası özəl xəstəxanada müayinədən keçən zaman həyatını itirən 34 yaşlı Ramilə Bayramova ilə bağlı açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Xəstəxanada müayinə zamanı öldü


Xəstəxanadan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 14.05.2025-ci il saat 09:30 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın cinsli) böyrək sancısı və yüksək təzyiq səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Şəkərli diabetin dəqiqləşdirilməmiş ağırlaşması və hipertonik kriz diaqnozu təyin edilən pasiyent kompüter tomoqrafiya (KT) müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub. Məlumat üçün bildirək ki, sözügedən şəxsin ölümü özəl tibb müəssisəsində qeydə alınıb” - deyə məlumatda bildirilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO