Xaçmazda DƏHŞƏT – Bıçaqlanan kişi intim nahiyədən amputasiya OLUNDU

Xaçmazda DƏHŞƏT – Bıçaqlanan kişi intim nahiyədən amputasiya OLUNDU

Hazırda oxunan: Xaçmazda DƏHŞƏT – Bıçaqlanan kişi intim nahiyədən amputasiya OLUNDU

249519

Xəbər verildiyi kimi Xaçmazın Fərzəlioba kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

Aralarındakı mübahisəyə görə kənd sakini 31 yaşlı Səbuhi Mahmudov həmkəndlisi, 41 yaşlı Mübariz Şıxmuradovu bıçaqlayıb.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya bildirilib ki, 15.05.2025-ci il saat 00:30 radələrində Xaçmaz rayonunda xəsarət alan 1983-cü il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda 31 yaşlı şəxs həmkəndlisini BIÇAQLADI


Ona xarici cinsiyyət orqanının tam amputasiyası diaqnozu qoyulub. Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, bir il əvvəl Mübariz Şıxmuradov Səbuhi Mahmudovu döyüb, söyüb və təhqir edib.

Bir il keçəndən sonra Mübarizin onu döyüb söyməsi gecə Səbuhinin yadına düşüb. Səbuhi ötən gün gecə saat 11-də Mübarizin qapısına gəlib. Evdən onu çağırıb. Bıçaqla onun boğazına və cinsiyyət orqanına xəsarət yetirib.

Hazırda fakta görə istintaq tədbirləri başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO