İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?

İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?

Hazırda oxunan: İçməli su yox, toz-torpaq gəlir - Vətəndaşlar bu halda nə etməli?

249394

Bəzi vətəndaşlar su təminatından şikayət edirlər. Bildirirlər ki, mənzillərinə daxil olan içməli suyun tərkibində daş və toz-torpaq qalıntıları var. Sakinlər dəfələrlə öz hesablarına su filtrləri qoysalar da, zamanla onlar da sıradan çıxıb. Artıq əlacsızlıqdan çirkli sudan istifadə etməli olurlar.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, şikayətlərlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, bu cür hallarla rastlaşan sakinlərin suyu analiz olunmalıdır:

“Vətəndaş suyun analiz edilməsi üçün rayonun su kanal idarəsinə müraciət etməli və sözügedən problemlə bağlı onlara şikayətini bildirməlidir.

Bundan sonra idarə problemin həlli istiqamətində şəxsə lazımi köməkliyi göstərə biləcək”,- deyə əlavə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO