Qusarın bu kəndində içməli su problemi – Problem nə vaxt həllini tapacaq? – FOTO

Qusarın bu kəndində içməli su problemi – Problem nə vaxt həllini tapacaq? – FOTO

Hazırda oxunan: Qusarın bu kəndində içməli su problemi – Problem nə vaxt həllini tapacaq? – FOTO

249328

Qusar rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Əvəcük kəndində baş tutub.


Bu barədə Bizim.Media-nın yerli bürosuna icra hakimiyyətindən məlumat verilib.

Əvəcük kənd tam orta məktəbində keçirilən görüşdə kənd sakinlərini salamlayan rayon rəhbəri hər bir Azərbaycan vətəndaşının dövlətin qayğısını hiss etməli olduğunu bildirərək, sakinlərdən təklif, irad, üzləşdikləri problemləri açıq şəkildə ifadə etmələrini xahiş edib. RİH başçısı Aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərlərinin, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinlərinin iştirakı ilə baş tutan görüşdə vətəndaşlar bir sıra aktual məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar.

Səyyar qəbulda içməli suyun çatışmazlığı, örüş sahələrinin azlığı kimi məsələləri qaldıran sakinlər istismara yararsız elektrik dirəklərinin yeniləri ilə əvəz olunmasını, Əvəcük kəndində stadionun inşasını, kəndə marşrut xəttinin açılmasını xahiş ediblər. Qəbulda həmçinin Əvəcük kənd tam orta məktəbində kompüter avadanlıqlarının çatışmazlığının tədris prosesinə mənfi təsir etdiyi, şagird və müəllimlər üçün bir sıra çətinliklər yaratdığı qeyd olunub. Yeni tikilmiş fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

İcra başçısı kənd sakinlərinin hər birini dinləyərək, səsləndirilən problemlərin öz həllini tapacağı ilə yanaşı, Əvəcük kəndində elektrik enerjisi infrastrukturunun yenidən qurulacağını diqqətə çatdırıb.











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO