Ağdamda iki minik avtomobili toqquşub.
Bizim.Media xəbər verir ki, hərəkətdə olan "VAZ-21010" markalı avtomobil "KİA Seranto" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü ağır xəsarət alıb.
Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media